hemle

“Qarabağ” qələbəyə layiq idi” - Kurban Berdıyev

Tarix:21-10-2021, 23:19
Baxış Sayı:261

“İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı”.

Bunu “Kayrat”ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə Qazaxıstan təmsilçisi hesabı açmasına baxmayaraq, meydanı məğlub tərk edib – 1:2.

Oyunsonrası mətbuat konfransında Berdıyev fikrini bu sözlərlə davam etdirib: “Atmosfer kifayət qədər yaxşı idi. Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. “Qarabağ”ın daha yaxşı oynadığını deyə bilərəm”.

69 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarından da danışıb: “Bugünkü oyundan sonra şanslarımız daha azdır. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı