hemle

Zümrüd Əliyeva: Xocalıdan dörd övladım, əlimdə iki qranat və bir bıçaqla çıxmışam

Tarix:29-05-2024, 10:00
Baxış Sayı:768

Zümrüd Əliyeva: Xocalıdan dörd övladım, əlimdə iki qranat və bir bıçaqla çıxmışam
“Sevincimin həddi-hüdudu yoxdur. 32 ildən sonra Vətənə qayıdıram. Vətən bizim üçün hər şeydir”.

Bunu Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Əliyeva Zümrüd deyib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyən Xocalı sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib:

“Xocalıdakı evimiz, oranın havası və suyu üçün darıxmışam. Xocalıdan dörd övladım, əlimdə iki qranat və bir bıçaqla çıxmışam. Yoldaşım məni avtomatı yığıb və sökməyi öyrətmişdi. O, mənə dedi ki, erməniyə girov düşmək söhbəti olsa, tank əleyhinə olan qranatı erməniyə qarşı, digərini isə özümüzü öldürmək üçün istifadə edərdim. Lakin onları istifadə etməyə ehtiyac olmadı və Naftalanda Xocalı polis şöbəsinə təhvil verdim.

Qayınanam, qayınatam, əmilərim Xocalı faciəsinin qurbanları olublar. Yaxın günlərdə də analiz vermişik. Qalıqların içərisində mənim də doğmalarımın olacağına, tapılacağına ümidimiz var”.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?