hemle

Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO

Tarix:22-04-2024, 07:00
Baxış Sayı:875

Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO

“Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Füzulidə hər şey gözəl olacaq”.

“Report” xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Tahir Abbasov deyib.

“Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram. O vaxt uşaq olsam da, hər şeyi xatırlayıram. Düzdür, bizə dövlət tərəfindən qayğı və diqqət göstərilib. Amma doğma Füzuliyə qayıtmaq illərin arzusudur. Qısa müddətdə bizim üçün yeni binalar inşa edilib, bütün infrastruktur yaradılıb. 31 ildən çoxdur davam edən həsrətimiz bitir”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür. İndiyədək Füzuli şəhərində 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir