hemle

Azərbaycan Avropa regionunda heyvan rifahı platforması üzrə ali komitəyə üzv seçilib

Tarix:27-05-2024, 16:30
Baxış Sayı:768

Azərbaycan Avropa regionunda heyvan rifahı platforması üzrə ali komitəyə üzv seçilib
Azərbaycan Fransanın Paris şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasında Avropa regionunda heyvan rifahı platforması üzrə dördüncü fəaliyyət planın həyata keçirilməsi üçün təyin olunan beş ölkədən ibarət ali komitənin üzvlüyünə seçilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd edilib ki, ali komitənin üzvlüyünə seçkilər ölkədə aparılan vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər əsas götürülərək təyin olunur.

Bildirək ki, hazırda dünyada “Vahid sağlamlıq” konsepsiyasının tərkib hissəsi kimi “Heyvanların rifahı” konsepsiyası tətbiq olunmaqdadır. Bu konsepsiyanın əsas məqsədi insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit kontekstində birgə əlaqəli fəaliyyətlərin həyata keçirilməsidir. Qeyd olunan fəaliyyətlər ətraf mühit, heyvanlardan insanlara yoluxan xəstəliklər, antimikrob rezisdentliyi kimi məsələləri əhatə edir. Nəzərdə tutulan tədbirlərin icrası üçün ÜHST-nin müxtəlif region ölkələrində heyvan rifahı platforması yaradılıb.

Xatırladaq ki, ÜHST-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində baş tutan sessiyada 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Digər xəbərlər
10:30 Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
10:19 Alimlər xroniki yorğunluğun narahatedici səbəbini aşkarladılar
10:14 D vitamini çatışmazlığına son! - Effektiv üsul tapıldı
10:10 “ChatGPT” dünyada ən çox ziyarət edilən saytlardan biri oldu
10:01 Bakı ilə İrəvan arasında gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb