hemle

D vitamini çatışmazlığına son! - Effektiv üsul tapıldı

Tarix:Bu gün, 10:14
Baxış Sayı:440

D vitamini çatışmazlığı ilə əlavələr olmadan mübarizə aparmağın yolu aşkar edilib.

Fiziki hərəkətin bədəndə D vitamini itkisini ləngitdiyi müəyyən olunub.

Bath Universitetinin britaniyalı alimləri sübut ediblər ki, müntəzəm məşq əlavələrə ehtiyac olmadan soyuq mövsümdə belə D vitamini səviyyəsini qorumağa kömək edir.

Tədqiqatın nəticələri "Advanced Science" elmi jurnalında dərc olunub.

Eksperimentdə artıq çəkisi olan 50-dən çox yetkin şəxs iştirak edib. 10 həftə ərzində (oktyabrdan aprelə qədər) bir qrup dörd həftəlik məşq proqramını tamamlayıb. Onlar velosiped sürmək də daxil olmaqla, müxtəlif idman növləri ilə məşğul olublar. Digər qrup isə adi oturaq həyat tərzini davam etdirib.

İştirakçıların heç biri günəş vannası və ya D vitamini əlavələri qəbul etməyiblər.

Məşq edən iştirakçılarda ümumi D vitamini səviyyələri qışda yalnız 15% azalıb, nəzarət qrupunda isə bu göstərici 25% olub.

Xüsusi əhəmiyyət kəsb edən isə bu olub ki, fiziki fəaliyyət immunitet və sümük sağlamlığı üçün vacib olan vitaminin aktiv formasının (1,25(OH)2D3) səviyyəsini sabit saxlayıb. Bu tapıntı D vitamini əlavələrinin çox vaxt daha az təsirli olduğu kilolu insanlar üçün xüsusilə vacibdir.

Alimlər idmanın ikiqat fayda verdiyini vurğulayıblar: hər seansdan sonra vitamin səviyyəsinin qısamüddətli artması və qış dövründə uzunmüddətli qorunma.

Digər xəbərlər
15:21 Azərbaycanda yeni medal təsis olundu
15:16 Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
15:11 Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
15:06 Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!
15:03 Bulvara Çindən faytonlar gətiriləcək
14:57 İstanbulun küçələrinə xüsusi təyinatlılar yeridildi: Nə baş verir?
14:54 İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə
10:30 Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq