hemle

Azərbaycanın Niderlanddakı səfiri COP29-un gündəliyi və hədəfləri barədə danışıb

Tarix:27-05-2024, 15:00
Baxış Sayı:780

Azərbaycanın Niderlanddakı səfiri COP29-un gündəliyi və hədəfləri barədə danışıb
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderlandın ingilisdilli “Holland Times” qəzetinə müsahibəsində bu ilin noyabarında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi və əsas məqsədləri barədə danışıb.
R.Mustafayev Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində sənayenin inkişaf etdiyi Şimal ilə inkişaf etməkdə olan Cənub arasında dialoq və əməkdaşlığın aktivləşdirilməsi istiqamətində atdığı konkret addımlar barədə oxuculara məlumat verib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan çox böyük təcrübə, nüfuz qazanıb və diplomatik potensial əldə edib: “Bu da ona COP29-un gündəliyində duran məsələləri uğurla həll etməyə imkan verəcək”.

Bundan başqa, səfir Bakı ilə İrəvan arasında sülh prosesinin gedişindən, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanılmasından, Azərbaycanın ərazilərin minalardan təmizlənməsi və azad edilmiş torpaqların bərpası istiqamətində səylərindən danışıb.

O qeyd edib ki, mina probleminin aktuallığını və minalanmış sahələrin ətraf mühitə mənfi təsirini nəzərə alaraq, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək üçün COP29 çərçivəsində xüsusi tədbirin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR