hemle

Xarici diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri başlayıb

Tarix:24-05-2024, 12:30
Baxış Sayı:768

Xarici diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri başlayıb
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri başlayıb.

, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.

Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində Laçında COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.

Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro-Sənaye Parkını və "Hoçazfilm" kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir