hemle

Əli Əsədov və Samir Nuriyev azad olunmuş ərazilərə getdi

Tarix:1-03-2022, 11:14
Baxış Sayı:228

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.

Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək.

Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir