hemle

Bakıda “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı k

Tarix:22-05-2024, 17:00
Baxış Sayı:639

Bakıda “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı k
Bakıda mühəndislik fakültəsində təhsil alan və şəhid ailələrinin üzvləri olan 10 tələbə İstanbul Teknik Universitetinin Şimali Kipr filialında yay məktəbinə qoşulacaq.
Bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür: “Türk dünyası ilə əlaqələr getdikcə genişlənir. Biz bir ailəyik, kökümüz, dilimiz, dinimiz, yolumuz eynidir. Birlikdə daha güclüyük! Şəhidlərimiz də bir-birimiz üçün müqəddəsdir. Onları sonsuz sevgi, hörmət və ehtiramla anırıq”.

ŞKTC-nin “Şəhid Ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan qeyd edib ki, bu cür ortaq layihələr şəhid ailələri arasında sevinci artırır, kədəri azaldır.

Daha sonra QHT sədri Sevinc Alızadə deyib ki, Bakıda mühəndislik fakültəsində təhsil alan və şəhid ailələrinin üzvləri olan 10 tələbə İstanbul Teknik Universitetinin Şimali Kipr filialında yay məktəbinə qoşulacaqlar. Sözügedən səfər iyul ayında baş tutacaq: "Düşünürəm ki, bu cür səfərlər qarşılıqlı əlaqələrimizin inkişafında xüsusi rol oynayacaq".

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?