hemle

Şəhid xanımları ixtisasartırma təlimlərinə cəlb olunacaq - FOTOLAR

Tarix:19-01-2023, 16:18
Baxış Sayı:148

Yanvarın 19-da Psixologiya Elmi-Tədqiqat İnstitutu və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

"Unikal"ın məlumatına görə, psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov bildirib ki, institut olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə daimi əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində şəhid xanımlarına, övladlarına psixoloji xidmətlərin təşkili, həmçinin ixtisas uyğunluğu olan şəhid xanımlarının institutun ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.

Peşəkar kurslar və proqramın onların mütəxəssis kimi yetişməsində mühüm rol oynayacağını qeyd edən Elnur Rüstəmov həmçinin vurğulayıb ki, proqramı yüksək nailiyyətlərlə başa vuran şəxslər institutda və digər psixoloji mərkəzlərdə işlə təmin olunacaqlar. Eyni zamanda, şəhid yoldaşlarına “Ailə təlim proqramı” keçiriləcək. Proqram uşaq, yeniyetmə və yetkin psixologiyasını əhatə edəcək. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, institutla bu istiqamətdə əməkdaşlıq şəhid xanımları və övladları üçün çox faydalı olacaq. Sevinc xanım vurğulayıb ki, bu əməkdaşlıq gələcəkdə daha çox şəhid ailələrinə və övladlarına peşəkar psixoloji dəstəyin göstərilməsinə imkan yaradacaq.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sənədi imzalayıblar.

Şəhid xanımları ixtisasartırma təlimlərinə cəlb olunacaq - FOTOLAR

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir