hemle

Xankəndiyə prokuror təyin edilib

Tarix:20-05-2024, 16:30
Baxış Sayı:685

Xankəndiyə prokuror təyin edilib
Xankəndiyə prokuror təyin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir Şəhər Prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz Rayon Prokurorluğunun böyük müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon prоkurorunun müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov səkkiz yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir