hemle

Anar Ağayev: Finaldan gözləntilərim ancaq qələbədir

Tarix:17-05-2024, 12:00
Baxış Sayı:658

Anar Ağayev: Finaldan gözləntilərim ancaq qələbədir
Finaldan gözləntilərim ancaq qələbədir.

Bunu Moskvada keçirilən “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış etmiş Anar Ağayev jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Böyük bir sevinc hissi ilə bu məlumatı sizinlə paylaşıram. “Yeni dalğa” müsabiqəsinin finalçıları arasında yer tutmuşam. Bu mənim üçün böyük bir nailiyyətdir. Ümumilikdə minə yaxın ərizələr verilmişdi. Seçilmiş 13 finalçıdan biri olmaq mənə nəsib oldu. Bu, qürurverici bir hissdir”, – o deyib.

Ağayev vurğulayıb ki, “finaldan gözləntilərim ancaq qələbədir”:

“Yarımfinalda Mikayıl Vəkilovun mahnılarını səsləndirdim. Düşünürəm ki, bu, Azərbaycan musiqisi üçün mühümdür, çünki beynəlxalq arenada məhz öz bəstəkarlarımızın mahnıları səslənir. Azərbaycan musiqisini bütün dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli müsabiqəsinin qalibidir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir