hemle

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Tarix:22-03-2024, 19:11
Baxış Sayı:297

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə iki medal qazanıb.

“Report”un məlumatına görə, daha bir idmançımız bürünc mükafat əldə edib.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian Limaya məğlub olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) yarışda üçüncü yeri tutub. İlk gündə turnirə qoşulan digər altı cüdoçu medalsız qalıb.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

17:35

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.

“Report”un məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu üstələsə də, bu dəfə əlavə vaxtda Ağayevə məğlub olub. Bununla Azərbaycan yarışın birinci günündə ilk medalını qazanıb.

Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.

11:12

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

“Report”un məlumatına görə, ilk gündə Azərbaycanın səkkiz cüdoçusu mübarizəyə qoşulacaq.

Onlardan dördü qadın, dördü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) - Katarina Tanzer (Avstriya);

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) - Leonye Qonzales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi;

1/32 final: Acelya Toprak (57 kq) - Nino Loladze (Gürcüstan);

1/16 final: Fidan Əlizadə (57 kq) - İrina Zuyeva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi;

1/16 final: Turan Bayramov (60 kq) - Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi;

1/16 final: Balabəy Ağayev (60 kq) - Vicay Kumar Yadav (Hindistan);

1/32 final: Ruslan Paşayev (66 kq) - Gigi Otyaşvili (Gürcüstan);

1/16 final: Rəşad Yelkiyev (66 kq) - Olu Kubaniçbek Aybek (Qırğızıstan).

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

Digər xəbərlər
21:44 Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləyəcək?
21:42 Gözəllik salonlarında bu xidmətlər qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ
21:40 Pensiya alanlara ŞAD XƏBƏR: gələn ay artımla veriləcək
21:37 “Qiyamət günü saatı”na MÜDAXİLƏ EDİLDİ - Gərginlik və nüvə eskalasiyası...
21:34 Bakıda çəkiləcək tramvay xətləri ilə bağlı YENİ AÇIQLAMA
21:32 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar AÇIQLANDI
21:29 Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
21:27 Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ