hemle

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Tarix:14-05-2024, 10:00
Baxış Sayı:768

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ
“Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur”.

Bu barədə Rusiyanın tanınmış endokrinoloqu Anastasiya Qalyanova xəbərdarlıq edib.

O bildirib ki, mikrodalğalı sobada yemək isidərkən zərərli maddələrin əmələ gəlməsi qab-qacağın materialından asılıdır.

“Belə ki, mikrodalğalı sobada birdəfəlik plastik qablar və plastik konteynerlərdən istifadə etməmək daha yaxşıdır. Plastik qızdıqda ondan çoxlu miqdarda zəhərli maddələr ayrılır. Ən zərərli birləşmələrdən biri müxtəlif DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olan benzoldur. Yeməkləri şüşə və ya çini qablarda bişirmək, qızdırmaq daha yaxşıdır”, - deyə həkim bildirib.
Mütəxəssis vurğulayıb ki, üzərində mikrodalğa üçün təsdiq işarəsi (üçbucağın içərisində beş rəqəmi və ya mikrodalğalı soba işarəsi) olan plastik konteynerlərdən də istifadə etmək olar.

“İstiləşmə vaxtı isə bir dəqiqə ilə məhdudlaşdırılmalıdır. Mikrodalğalı sobada yemək uzun müddət isidildikdə tərkibindəki qidalandırıcı maddələrin miqdarı təxminən 40% azalır. Yemək bişirmək və ya qızdırmaq üçün başqa üsul seçmək imkanı varsa, mikrodalğalı sobadansa, qaz plitəsi, ya sobadan istifadə etmək daha yaxşıdır”, - deyə Qalyanova qeyd edib.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi