hemle

Azərbaycanda YENİ QADAĞA qüvvəyə minir: Sabahdan etibarən

Tarix:30-06-2021, 23:10
Baxış Sayı:288

Sabahdan, iyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

Qadağa 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" fərman əsasında tətbiq edilir.

Sənəddə deyilir ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.(Metbuat.az)

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ