hemle

Nazir müavini: “Azərbaycan Latviya ilə ticarət dövriyyəsini genişləndirməyə ümid edir”

Tarix:13-05-2024, 15:30
Baxış Sayı:768

Nazir müavini: “Azərbaycan Latviya ilə ticarət dövriyyəsini genişləndirməyə ümid edir”
“Azərbaycan Latviya ilə ticarət dövriyyəsini genişləndirməyə və işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsində Latviya təcrübəsindən istifadə etməyə ümid edir”.

Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumunda deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 65 milyon ABŞ dolları təşkil edib və bunun da 45 milyon ABŞ dolları (il ərzində 64 % artıb) Azərbaycandan Latviyaya ixracın payına düşüb:
“2024-cü ilin birinci rübündə ticarət dövriyyəsi 6 milyon ABŞ dolları təşkil edib. Lakin bu həcm iki ölkənin mövcud potensialına cavab vermədiyi üçün bizi qane etmir. İdxal və ixrac üçün malların çeşidini genişləndirməyə səy göstərməliyik”.

S.Məmmədov Latviya şirkətlərini kənd təsərrüfatının inkişafı və ümumilikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrdə iştirak etməyə, həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir