hemle

Əli Əhmədov: Azərbaycanda qadınların fəallığının artırılmasına ehtiyac duyulan sahələr var

Tarix:7-05-2024, 14:30
Baxış Sayı:658

Əli Əhmədov: Azərbaycanda qadınların fəallığının artırılmasına ehtiyac duyulan sahələr var
Azərbaycanda qadınların fəallığın artırılmasına ehtiyac duyulan sahələr var.

Bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın və kişilərin əməkhaqları arasındakı fərqlərin aradan qaldırılması, ictimai-siyasi həyatda, iqtsadi fəallıqda qadınların rolunun artırılması hökümətin qarşıya qoyduğu vəzifələrdəndir:

"Ümumilikdə, bu vəzifələrin bir hissəsi yerinə yetilirib və Azərbaycan qadınları ölkə həyatında çox fəal şəkildə iştirak edirlər. Hətta bir sıra sahələr var ki, qadınlar kişilərdən daha fəaldırlar. Ancaq Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşımasa da, problem olaraq mövcudluğunu etiraf etdiyimiz qadına qarşı şiddətin aradan qaldırılması da Azərbaycan hökumətinin DİM istiqamətində həyata keçirmək istədiyi layihələrdən biridir".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir