hemle

Avropadakı tərifli diasporumuz harada ölmüşdü?

Tarix:29-04-2024, 17:35
Baxış Sayı:664

Avropadakı tərifli diasporumuz harada ölmüşdü?
“Almaniyadakı diaspor təşkilatları etiraz bəyanatı yayıblar”-deyirsiniz. Gecikmiş bəyanat kimə lazımdır? Bu, toydan sonra nağara məsələsinə bənzəmirmi? Fuad Muradova deyin onlara medal versin. Çünki onlar Atomu tanıtmağı bacarırlar, bizim kimi xalqımızı, dövlətimizi, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı yox. Mən bir şeyi başa düşə bilmirəm, Diasporla Atomun nə əlaqəsi var axı? Dünən bir neçə nəfər antmillilərlə keçirilən həmin "aksyanın" videosu bütün elektron seqmentlərdə yayılıb. Diasporla iş üzrə dövlət komitəsi qabaqlayıcı tədbirlər görərək diasporlara göstəriş verib 26 aprel 2024-cü il tarixində Berlindəki Federal Kansler binasında keçirilən etiraz aksiyasının qarşısını almalı idi. Yüz cürə bəhanələr gətirərək ozlərini vətənpərvər kimi sırımağa çalışmalı deyildilər. “Azərbaycan icması Federal Kanslerin ofisinin qarşısında aksiya keçirmək üçün müraciət etsə də, Berlin polisindən iki etnik icma arasında mübahisəyə yol verilməməsi əsas gətirilərək imtina cavabı verilib” - demək də əsassız və məntiqsiz bəhanədir. Belə bir bəhanəni ancaq savadsızlar gətirə bilər. Vəsilə xanım, həmin icmamız (əgər varsa) demokratiya prinsiplərinə istinad edərək Almaniyanın müvafiq qurumlarından aksiyanın keçirilməsini tələb etməli idilər. Demokratiyanın əsas prinsiplərindən biri və başlıcası fərqli fikirlərə hörmətlə yanaşmaqdır. Almaniya özünü demokratuyanın beşiyi hesab etdiyini hamımız bilirik. Tələb əsaslandırılmış qoyulanda heç bir qurum qanunlara zidd gedərək aksiyanın keçirilməsinə imtina edə bilməzdi. Deməli bu bəhanə də əsassızdır.
Axı, biz özümüzü xaricdə Prezidentimizin dayaqları hesab edirik. Belə də var. Fuad Muradov isə həmin dayaqları kəsməklə məşğuldur. 26 aprel 2024-cü il tarixində Berlindəki Federal Kansler binasında keçirilən etiraz aksiyasının qarşısının alınmamasının da əsas səbəbi məhz budur
Mən bir fəal fond rəhbəri olaraq bəyan edirəm: Fəal diasporlar Diasporla iş üzrə Dövlət komitəsinin apardığı dağıdıcı siyasətindən uzaqlaşaraq, birləşib Prezidentimizin xaricdə əyilməz dayaqlarına çevrilməlidir. Belə xoşagəlməz hallar baş verəndə özümüz, heç kəsdən göstəriş almadan onların layiqli cavabını yerində və vaxtında verə bilərik. Buna kifayət qədər gücümüz də, qüdrətimiz də var. Biz, həmişə Müzəffər Ali Baş komandanımızın yanında olmuşuq və həmişə də Onun yanında olacağıq.
Fuad Muradov, sizdən isə bir xahişimiz var; Prezidrntimizin yanında olan diasporları vurmağa çalışmayın. Necə ki dələduzlarla, cibgirlərlə, antimillilərə, Prezidentimizi sevməyənlərlə işbirliyi qurursunuz, beləcə də işinizə davam edərək, onlarla şəkil çəkdirib mətbuatda paylaşıb özünüzü piar edin. Onsuz da sizin "bacarığınız" ancaq buna çatır. Təki, bizim kimi xalqını, dövlətini, Prezidentini deyilişi gözəl sloqanlı sözlərlə yox, əməldə sevənlərə mane olmayın. Bu, xalqımızı, dövlətimizi, Prezidentimizi sevən diasporların tələbidir!!! Son qoyun apardığınız bu dağıdıcı siyasətə. Liposakşin üçün pul ayırdığınız nərmənazikləşmişlərlə baş başa qalın. Ancaq bizlərə mane olmayın
Nüsrət Məmmədov

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ