Hörmətli Cənab Prezident!
Əvvəlcə Sizdən keçirəcəyim bu etiraz aksiyasına görə üzr istəyirəm. Mən Ulu Öndər Heydər Əliyevin ruhuna, Sizin apardığınız siyasətə xəyanət etməmişəm və etməyəcəyəm.
Nəzərinizə çatdırım ki, 10 ildir mənə verilən təzyiqlərə daha tab gətirə bilmirəm. Yazdığımız muraciətləri Sizə çatdırmırlar. Ətrafınızda olan xainlər müraciətlərimizi gizlədirlər. 10 ildir bu yaramazlarla vuruşuram. Mənə edilən təzyiqlər Azərbaycan həqiqətlərini, Ulu Öndərimizin müqəddəs yolunu davam etdirərək apardığınız dünya siyasətini təbliğ etməyə mane olur. Onlar açıq-aşkar mənim fəaliyyətimə qarşı gəlirlər.
08.04. 2022- ci ildə Sizə (№36\04-22) muraciət ünvanlamışdım. Xahiş etmişdim ki, həmin müraciəti araşdırılması üçün PREZİDENT YANINDA XÜSÜSİ XİDMƏT ORQANLARINA HƏVALƏ EDƏSİNİZ. Çünki, başqalarının obyektivliyinə inanmım yoxdur! Öz növbəmdə, LAZIM GƏLƏRSƏ BÜTÜN SUALLARI CAVABLANDIRMAĞA CAN-BAŞLA HAZIR OLDUĞUMU VURĞULAMIŞDIM.
Çox təəssüf ki, bu müraciətimə də baxılmadı, heç bir araşdırma aparılmadı.
Bu dəfə şikayətim Diasporla iş üzrə Dövlət Komitəsindəndir. Ailəni başçısı qoruyar. Dünya Azərbaycanlıları diasporları bir ailədir. Komitənin sədri Fuad Muradov diasporlar ailəsinin başçısı kimi məsuldur. Çox təəssüflər olsun ki, F.Muradov diaspor ailəsinə lazımi qədər qayğı göstərə bilmir, yalan vədlərlə diasporları aldadır.
Başıma bu dəfə gətirilən hadisələr haqqında təkrar yazmaq istəmirəm. Yuxarıda adı çəkilən muraciətimdə bu haqda ətraflı yazmışdım. Qeyd edim ki, mənə qarşı olan bu haqsızlıqda Azərbaycanın Qırğızıstandakı səfrinin rolü olduğuna inanmıram. Çünki mən təzə səfirlə heç görüşməmişəm, onunla hər hansı bir söhbətim və ya münaqişəm olmayıb. Məni tanımadan, bilmədən səfirin belə bir iş edəcəyi şübhə doğurur. Diasporla iş üzrə Dövlət komitəsindən mənə demişdilər ki, Səfir AR XİN üzərindən, Prezident Aparatına məktub yazıb.
Halbuki, səfir mənim Qırğızıstan Prezidentinə ünvanladığım, «Issık Kul türkün inci Dünyası» adlı bir mahnının təqdimatını və festival çərçivəsində nəşr etdirdiyimiz kitabların təqdimatının Azərbaycanla müştərək keçirməsi haqqındakı müraciətimizi AR XİN üzərindən Heydər Əliyev fonduna və Diasporla iş üzrə Dövlət komutəsinə göndəribmiş. Bu da, keçirməyi planladığımız tədbirlərin səfir tərəfindən müsbət qarşılanması anlamına gəlir. Diasporla iş üzrə Dövlət komitəsinin haray-həşiri, skandalları, intriqaları bu beynəlxalq tədbirin keçirilməsinə mane olmağa hesablanıb.
Sonradan başa düşdüm ki, Diasporla iş üzrə Dövlət komitəsi məni səfirlə qarşı- qarşıya qoymaq istəyir. Deyək ki belədir, səfir XİN üzərindən PA məktub ünvanlayib, özünü diaspora ailəsinin başçısı sayan Fuad Muradov məni müdafiə etməli deyildimi?
Mən şəxs kimi kiminsə xoşuna gəlməyə bilərəm. Amma tövsiyələrinizə sadiq qalaraq, vəzifəmin öhdəsindən layiqincə gəlmişəm, həm də Dövlətdən maliəyyələşən diaspora komitəsindən heç bir maddi dəstək görmədən. Bilirəm, Diaspora komitəsi bu müraciətdən sonra yenə öz mahiyyətinə uyğun, həm sizə, həm də mətbuata haqqımda böhtanlar, iftiralar fikirləşəcək. Səsimin Sizə çatdırılması üçün düşünürəm ki, belə bir ağır addım atım, indiyədək nəşr etdirdiyim bütün kitabları yandırım. Bu məqsədlə Qırğızıstandakı bütün diplomatik korpusları, KİV mənsublarını, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsini dəvət edim. Sizə və Bişkek Meriyasına bu aksiyanı keçirmək üçün muraciət hazırlayım.
Cənab Prezident,
Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu olaraq Fuad Muradovu “2022-ci ilin ən yarıtmaz komitə sədri” döş nişanına layiq görmüşük. Xahiş edirəm Dünya Azərbaycanlılarının V Qurlultayında Fuad Muradovu layiq bildiyimiz “Mükafatın” sərəncamını elan edəsiniz.
Dərin hörmətlə, Nüsrət Məmmədov
Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti