hemle

Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da

Tarix:24-04-2024, 17:30
Baxış Sayı:642

Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da

"Bu aksiyaya Tüntül kəndindən gəlmişəm. Kənd bir neçə il öncə qazlaşdırılıb. Lakin yaşadığım yeni məhəllədə mavi yanacaqdan istifadə edə bilmirik. Həmin əraziyə küçə qaz xəttinin çəkilişində köməklik etməyinizi sizdən xahiş edirəm". Bu sözləri Qəbələ rayonunun Tüntül kənd sakini, şəhid atası İmran Yunusov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Vahid Qəhrəmanov küçəsindən görüşə üz tutan Məsim Məsimov və Elçin Kərimovun da müraciətləri eyniyönümlü, küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Rayon sakinləri Səmayə Şükürova, Maya Qasımova və Ziyafət Babayeva isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər. Bundan əlavə aksiya zamanı qaz sayğacının yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, sayğacın əvəzlənməsi ilə bağlı müraciətlər də səsləndirilib. "Səyyar qəbul otağı"nın imkanlarından sakinlərlə yanaşı, sahibkarlar da yararlanıblar. Sahibkarlıq subyektləri Ceyhun Rəsulov və Rəvan Səfərli istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını istəyiblər. Ünvanlanan bütün suallar və müraciətlər SOCAR-ın "Azəriqaz" İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi tərəfindən cavablandırılıb. Bəzi məsələlərin icrası ilə bağlı Qəbələ xidmət sahəsinin rəhbərliyinə tapşırıq verilib.

Digər xəbərlər
23:22 Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
23:14 Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma
23:10 "Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol
23:08 YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR
23:06 Hər gün bir parça tünd şokolad yesək, orqanizm necə reaksiya verər?
23:03 Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar