hemle

Baş direktor nümunəvi işçiləri mükafatlandırdı

Tarix:19-04-2024, 15:30
Baxış Sayı:576

Baş direktor nümunəvi işçiləri mükafatlandırdı

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Tərtər Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanaraq nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirib və onlara təşəkkür edib. "Görülən işlərin çox hissəsi məhz sizin, yəni nəzarətçi-çilingərlərin əziyyətinin bəhrəsidir. Hal-hazırda fərdi yaşayış evlərində və mənzillərdə aparılan texniki müayinələri də icra edən nəzarətçi-çilingərlərdir. Bu çətin və olduqca məsuliyyətli işinizdə sizə uğurlar arzulayıram", - deyə baş direktor əlavə edib. Azər Məmmədov onların əmək şəraitinin yaxşılaşdırılması üçün Tərtər RQİİ-nin rəhbərliyinə də göstəriş verib. Daha sonra 10 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Baş direktor nümunəvi işçilərin hər zaman rəhbərliyin diqqətində olduğunu və gələcəkdə də onların əməyinin qiymətləndiriləcəyini qeyd edib.







Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ