hemle

Siyavuş Novruzov: Sübutlarım var, müxalifət rüşvət alır

Tarix:15-05-2020, 17:00
Baxış Sayı:472

Müxalifət liderlərinin də rüşvət alması ilə bağlı əlimdə istənilən qədər sübut var.

Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov "Yeni Müsavat”ın canlı efirində deyib.

"Milli Şuraya daxil olanlar və AXCP sədri Əli Kərimli, eləcə də ətrafındakı insanlar 15 ildir işləmirlər. Necə olur ki, 15 ildir işləməyən bu adamların xidməti maşını hamının maşınından bahadır, cangüdənləri var? Təbii ki, o cangüdənlərə əmək haqqı verilir. O cümlədən, bu adamların sosial şəbəkədə çalışanlarının vəsaiti və s. Bunlar hamısı əmək haqqı alır. Bəs bu pullar hardandır?”, - o qeyd edib.

S.Novruzov bildirib ki, müvafiq qurumlar bu halları araşdırmağa cəhd edir:

"Müvafiq qurumlar müxalifət nümayəndələrini dəvət edib deyir ki, gəlin, hesabat verin, görək bu pullar hardandır? Sonra görürsən, Avropadan, Amerikadan bəyanat gəlir ki, bəs qoymayın, Azərbaycanda müxalifətə təzyiq var”.

(Axar.az)

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir