hemle

“Xalqın içinə çıxmağa üzü olmayan nazir gedib evində otursun”

Tarix:1-05-2020, 18:43
Baxış Sayı:401

Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov bir sıra məsələlərlə bağlı təkliflər irəli sürüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Novruzov deyib ki, Hesablama Palatasının hesabatında çox düzgün olaraq göstərilib ki, Palata kimisə məsuliyyətə cəlb etməkdən daha çox vəsaitlərin büdcəyə daxil olmasını təmin etməlidir:
“Vəzifəli şəxslər tutulandan sonra vəsaitlərin büdcəyə qaytarılması bəzən mümkün olmur. Bu proses aylarla gedir, aylarla mətbuatda yazılır, vətəndaşlar şikayət edir. Bunun qarşısını vaxtında almaq lazımdır. Ciddi struktur islahatına çox böyük ehtiyac var. Ya rayonların sayı azaldılmalıdır, elə nazirlik var ki, aparatında işləyənlərin sayı bir neçə rayonun icra hakimiyyətinin işçilərindən çoxdur. Nazirlik aparatlarında 300-dən çox adam işləyir. Prezident və birinci vitse-prezident bütün məsələlər haqda ictimaiyyət arasına çıxıb fikir bildirir. Amma dövlət qurumlarının hamısı ayrıca mətbuat xidməti yaradır. Hər bir nazirliyin mətbuat xidməti ola bilməz. Nazir qalır kənarda mətbuat xidməti çıxıb xalqa “əlləzinə” oxuyur. Əgər vəzifəli şəxsin xalqın qarşısına çıxmağa üzü yoxdursa, yaxud buna qabiliyyəti çatmırsa, çıxıb gedib evində otursun. İnsanlarla birbaşa ünsiyyət vəzifəli şəxslərin birbaşa vəzifəsidir”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ