hemle

Cəlilabadda süni gölə düşən 18 yaşlı qız xilas edildi

Tarix:3-04-2024, 21:08
Baxış Sayı:546

Cəlilabadda süni gölə düşən 18 yaşlı qız xilas edildi

Cəlilabad rayonunda süni gölə düşən 18 yaşlı qız polis əməkdaşları tərəfindən xilas olunub.

“Report”un məlumatına görə, Cəlilabad rayonu ərazisində 2006-cı il təvəllüdlü qız “Petrovka” gölü kimi tanınan su hövzəsinə düşüb.

Həmin vaxt ərazidən keçən Cəlilabad Rayon Polis Şöbəsinin iki əməkdaşı qızın suya düşdüyünü və boğulmaqda olduğunu görərək dərhal gölə atılaraq, onun boğulmasının qarşısını alıblar.

Həmin şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi
10:18 Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi
10:04 Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB
10:02 Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir - Cırcırama qorxusu...
10:00 Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...