hemle

Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi

Tarix:Bu gün, 10:21
Baxış Sayı:445

Rusiya prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü münasibətilə elan etdiyi atəşkəs qüvvəyə minib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Humanitar səbəblərlə elan edilmiş atəşkəs 11-nə keçən gecə yarısına kimi qüvvədədir.

Putinin qərarına əsasən, bu müddət üçün bütün hərbi əməliyyatlar dayandırılıb.

Ukrayna tərəfinin “bu nümunəni izləyəcəyi” gözlənilir. Atəşkəs pozulduğu halda, “adekvat və effektiv cavab” veriləcək.

Xatırladaq ki, Rusiya lideri atəşkəs təklifini aprelin 28-də səsləndirib. Mayın 3-də Ukrayna prezidenti Vladimir Zelenski Putinin təklifini rədd edib.

Zelenski deyib ki, Ukrayna Moskvaya Qələbə Paradına gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Digər xəbərlər
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi
10:18 Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi
10:04 Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB
10:02 Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir - Cırcırama qorxusu...
10:00 Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...