hemle

Polis intihar etmək istəyən 16 yaşlı qızı son anda xilas etdi

Tarix:21-04-2022, 17:10
Baxış Sayı:215

Bu gün günorta saatlarında Balakən rayon sakini, 16 yaşlı qız intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, yeniyetmə qız Balakən şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar etmək istəyib.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və onunla psixoloji söhbətlər aparılıb. Buna baxmayaraq, qız fikrindən daşınmayıb və intihara cəhd edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, yeniyetmə özünü binadan atan zaman onu saxlayan polis əməkdaşının da həyatı üçün təhlükə yaranıb. Ancaq orada olan digər polislərin köməyi ilə onların hər ikisi xilas edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Polis intihar etmək istəyən 16 yaşlı qızı son anda xilas etdi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir