DUYĞULARIMI OYANDIRAN PAYLAŞIM.
ŞƏHİD TOĞRUL FƏRƏCZADƏNİ EHTİRAMLA YAD EDƏRKƏN...
Fb- dəki səhifəmə yenicə girmişdim. İlk qarşıma, doğulub boya-başa çatdığım Ləngəbiz kənd, Ağamalı Qurbanov adına tam orta məktəbin direktoru, gözəl pedaqoq Müşfiq Mirzeyevin, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş Toğrul Fəraczadənin anım tədbirindən paylaşmasını görüb, ani olaraq şəhidmiz haqqında internet üzərindən axtarış verib, bəzi məlumatları topladım. Diqqətimi çəkən bir çox məqamlar şəhid balamız haqqında qəlbimə dolan ehtiramımı mənə yazmaqa sövq etdi...
Toğrul Habil oğlu Fərəczadə 10 oktyabr 1993-cü il Ağsu rayonunun Bico kəndində anadan olub.
XÜSUSİ QEYD : - Bico kəndi, rayonmuzun ən böyük kəndi olmaqla yanaşı, bizim Ləngəbiz kəndi ilə qonşu kənddi. Bütün xeyir-şərimiz demək olar ki, bir yerdə keçir. Uşaqdan böyüyə, camaatmızın demək olar hamsı bir-birini yaxşı tanıyır...
Şəhidlərimizə hər yerdə olduğu kimi, rayonumuzda da bu ehtiramın əlaməti olaraq rayon ictimaiyyəti bu işdə böyük coşqu ilə şəhidlərimizi yad edir. Onların xatirəsini əziz tutur. Ehtiramla şəhidlərimizi anırlar. Bu kimi gözəl təşəbbüsdə, illərlə fb də dostluq edərək izlədiyim, Arif Cəbiyev adına Bico kənd tam orta məktəbin direktoru, böyük sayğı duyduğum Yaşar Qarayevin əvəzsiz xidmətini qeyd etməsəm olmur. Yaşar müəllimlə burada dostluğumuza başlayandan, bu təəssübkeş insanı tanımağıma çox sevinmişəm. Bilirəm ki məktəb direktoru, bir azda yaşlı insan kimi, qayğılarının başından aşdığı bir məqamda, bu cür xoş niyətli tədbirlərin keçirilməsinin təşəbbüsün göstərib, onu təşkil etmək böyük fədakarlıq tələb edir. İllərdi izlədiyim Yaşar müəllimin təşkilatçılığı ilə, yetişən gənc nəsilə vətənpərvərlik ruhunun aşılanması istəyi, o balalarmızn daimi qəlbində yaşayacaq. Yaşar müəllimə böyük sayğı və ehtiramımı bildirərək, ona uca YARADANDAN can sağlığı diləyirəm...
Şəhid balamız Toğrul Fərəczadə haqqında araşdırma verəndə bir məqamda diqqətimi özünə cəlb etdi. Yaşar müəllimin illərdi direktoru olduğu məktəb, Arif Cəbiyevin adını daşıyan məktəb, Əfqanıstan Müharibəsinin şəhidi Arif qardaşmızın adına əbədləşdirilibmiş. Özüm Əfqanıstan Müharibəsi iştirakçısı olduğumdan, bu hiss qəlbimdə hər iki şəhidmizin timsalında, bütün şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, qəlbimə dolan duyğularımı yazmaqı özümə borc bildim.
Bəli, böyük təzaddı. Bir vaxtlar vətənmiz saydığmız SSRİ-nin siyasətininin alətinə çevrilməyimiz indi-indi, müstəqilliymizi əldə edəndən sonra başımıza gətrilən bu çirkin oyunların birbaşa təşkilatçısı və iştirakçısı olan SSRİ-nin varisinin Rusiyanın olması bizi çox üzür. Biz böyük vətənimiz bildiyimiz SSSRİ-ni 1941-1945 - ci illərdə də beləcə qurbanına çevrilmişik. Eləcə də, rayonmuzun bir parçası olan, iki şəhid balamızın Arif Cəbiyevin və Toğrul Fəraczadənin doğulub boya-başa çatdığı Bico kəndindən, o döyüşlərdən 166 kənd sakini geri dönməyib. Bütün bunlara baxmayaraq biz şəhidlərimizi həmişə ehtiramla yad etmək ruhunda olacağıq.
Toğrul Fərəczadə 2016 - cı ildə, 2 - 5 Aprel tarixı arasında, erməni qəsbkarlarının öz torpaqlarımızda qurduqları döyüş mövqeylərindən atəşkəsi pozaraq, dəfələrlə bizə acılar yaşatmasına son qoymaq məqsədi ilə, erməniyə yerini tanıtmaq həmləmizdə, 4 Aprel tarixində döyüş şəraitində şəhidlik zirvəsinə yüksəlib. Dövlət tərəfindən xidməti mükafatlandırılıb...
Həmdə, Toğrul Fərəczadə bu nəsilin ikinci şəhidi, evin tək oğulu imiş. Bico kənd tam orta məktəbi şəhid balamız Toğrulun əmisi oğlu, Əfqanıstan müharibəsinin şəhidi Adil Cəbiyevin adına əbədləşdirilibmiş. Mən bu ehtirama görə, o kəndə, o camaata böyük ehtiramla minnətdarlığmı bildirirəm.
P. S : Həmişə, Əfqanstan Müharibəsi iştirakçılarının xatirini, xatirəsini ona görə özüm üçün əziz tuturam ki, o acını, o, ağrını biz illər öncə yaşamışıq. Xüsusi Döyüş batalyonu olduğumuzdan, dağlıq, qayalıq ərazidə pulamyotçu kimi daimi öndə olmuşam. Kənd uşaqı, dağətəyi kənddə böyüdüyümdən Qarabağda döyüşən balalarmızın şücaəti həmişə gözlərim önündə canlanıb. 12 kq - lıq pulamyot 25-30 kq-lıq zəruri avadanlıq o yüksəkiyə döyüşərək qalxmaq, yaralı və şəhidləri xüsusi nəqliyyatla göndərilməsini təmin etmək üçün edilən cəhdlər, o balalarmızın igidliyini, şücaətini birə on qat gözlərimdə artırır.
P. S. S. Mən bu qəlbimdən gələn bu yazımla, bütün şəhidlərimiz qarşısında ehtiramla səcdə qılıb, onların hər birinə Allahdan rəhmət diləyib, ruhlarına dualar edirəm.
Yaşar müəllumə, Müşfiq müəllimə böyük ehtiramla minnətdarlığımı bildirirəm ki, ürəyimdən gələn bu yazını mənə yazmağa böyük şövq verdiniz. Nə yaxşı ki, sizlər varsınız Yaşar müəllim, Müşfiq müəllim. Sizlərə dərin təşəkkür edirəm.
Böyük ehtiramla, Elxas Comərd.