hemle

Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var

Tarix:28-03-2024, 09:14
Baxış Sayı:0

Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var

Beynəlxalq ictimaiyyətin ədalətlilik və açıqlıq prinsiplərinə əsaslanan yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var.

“Report” “Akorda”ya xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunda söyləyib.

“Bu gün artan ticarət əngəlləri, proteksionizm və müqavilələrin pozulması qlobal iqtisadiyyat üçün ciddi problemlər yaradır. Bu problemlərin həlli ədalətsiz ticarət maneələrinin aradan qaldırılmasını və rəqəmsallaşma yolu ilə təchizat zəncirlərinin şəffaflığının artırılmasını tələb edir”, – Qazaxıstanın dövlət başçısı bildirib.

Tokayevin sözlərinə görə, qlobal maliyyə sisteminə yeni yanaşmalar tətbiq edilməlidir. Qazaxıstan lideri beynəlxalq ictimaiyyəti davamlı maliyyələşdirmə sahəsində daha effektiv tədbirlər görməyə çağırıb.

“Nəhəng bazar kapitallaşması ilə nəhəng Asiya istiqraz bazarı bir çox inkişaf layihələrini dəstəkləmək üçün yüksək potensiala malikdir. Avrasiya İnkişaf Bankı yeni maliyyə investisiya aləti kimi panda istiqrazlarının ilk buraxılışını həyata keçirməyi planlaşdırır. Bu, qlobal infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün kritik ola bilər”, – dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu il Boao Asiya Forumu “Asiya və dünya: ümumi çağırışlar, ümumi məsuliyyət” devizi altında martın 26-29-da keçirilir. Bu forum Şərqin Davosu adlanır – burada mühüm sənədlər imzalanır, Asiyanın və digər regionların biznes və hökumət dairələrinin nümayəndələri arasında mövqelər razılaşdırılır.

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər