hemle

Erməni dilini öyrənməliyikmi? - Onlar məktəb yaşından...

Tarix:12-03-2024, 18:57
Baxış Sayı:15

Erməni dilini öyrənməliyikmi? - Onlar məktəb yaşından...

Bir milləti tanımaq üçün onun tarixini və dilini öyrənmək lazımdır. Əgər həmin xalq bizim düşmənimizdirsə, xüsusilə buna önəm verməliyik. Necə ki, bir çox erməni Azərbaycan dilində sərbəst danışa bilir.

Bəs Azərbaycanda erməni dilinin öyrənilməsinə münasibət necədir?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda Azərbaycan və türk dillərinin tədrisinə orta məktəblərdən başlayırlar. İrəvan Dövlət Universitetində kafedra, kürsülər və müvafiq mərkəzlər var.

Onun fikrincə, Azərbaycanda da bu işə peşəkar yanaşma olmalı, erməni dili ali məktəblərdə tədris edilməlidir. Müsahibimiz qeyd edib ki, başqa dillərdə olduğu kimi, bu dili bilən mütəxəssislər hazırlanmalı, bu məsələyə dövlətin strateji xətti kimi yanaşılmalıdır:

“Azərbaycanda, bildiyimə görə, BDU və Dillər Universitetində tarix- regionşünaslıq fakültələrində ermənicə tədris olunur. Amma ayrıca bölüm, yəni kafedra yoxdur. Bu isə fundamental dil dərsi verib, yaxşı mütəxəssis hazırlamağa yetməz”.

Qafar Çaxmaqlı: İnsanlarda maraq çoxdur, amma bunu sistem halına gətirmək lazımdır

Professor qeyd etdi ki, dil öyrənmək işi o dilə sevgidən qaynaqlanmır, həmin dili bilərək özünə və xalqına fayda vermək düşüncəsi ön planda olmalıdır:

“Azərbaycanda insanlarla təmaslarım bunu deməyə əsas verir ki, maraq çoxdur, amma bunu bir sistem halına gətirməyə ehtiyac var”.

Həmsöhbətimiz erməni dilini bilməklə yalnız günümüzün reallığında mövcud erməni ideologiyası və millətimizə qarşı planlardan deyil, həm də tarixi keçmişimizdən xəbərdar olmaq imkanı əldə edə biləcəyimizi vurğulayıb:

“Sevsək də, sevməsək də bu dildə bizim üçün yararlı olan və mübarizədə əlimizi gücləndirəcək qaynaqlar yatır. Yetişdirilən bu mütəxəssislər onları ortaya çıxaracaq və hər mənada əlimizi gücləndirəcək”.

Mina Mikayılova

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir