hemle

Elinin fəxri idi Rafiq...

Tarix:12-03-2024, 17:39
Baxış Sayı:13

Elinin fəxri  idi Rafiq...

11 mart 2024- cü ildə Azərbaycan Yazıçılar Birliyinin " Natəvan" klubunda şairə Zeynəb Bəhmənlinin "Yuxuma gəl,şəhid balam" kitabının təqdimat mərasimi keçirildi.
Mərasimi AYB nin katibi İlqar Fəhmi açıq elan edib, birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsi şəhidlərinin keçdiyi döyüş yolundan ətraflı məlumat verdi. Sonra tədbirə aparıcılıq edən və kitabın redaktoru olan şair Qızbəs Qəbələliyə söz verildi. Qızbəs xanım qonaqları salamlayıb, kitabın müəllifi Zeynəb Bəhmənlinin həyat - yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər, ruhlarına dualar oxunub, qazilərimzə Allahdan şəfa dilədilər.
Qızbəs xanım şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında məlumat verib bildirdi ki, o, 25 yanvar 1970- ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub ,həmin kənddə səkkizillik məktəbə gedib,9-10- cu sinifi başqa məktəbdə oxuyub hərbi xidmətə gedib. Rafiq hərbi xidmətdə olan vaxtlar separatçı Erməni daşnakları Azərbaycan respublikasına qarşı havadarları ilə birləşib torpaq iddiası ilə müharibəyə başladı .
Artıq 1990- cı ildə Rafiq hərbi xidmətini başa vurub boya başa çatdığı Bəhmənli kəndinə qayıdır. Bir müddətdən sonra könüllü olaraq özünümüdafiə dəstəsinə qoşulur. 1992- ci ildən rəsmi olaraq Azərbaycan ordusunun əsgəri olur. Rafiq Qarabağda gedən bir neçə döyüşlərdə iştirak etmiş Tuğ ,Salakətin, Hoğa, Qaradağlı, Qaçar və başqa döyüşlərdə qəhrəmancasına döyüşmüşdur .
1994- cü ilin 30 yanvarında Vətən eşqi ilə döyünən ürəyi erməni separatçılarının snayper gülləsinə tuş gəlir.
Qızbəs xanım 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti haqqında danışdı.
Sonra çıxış üçün sözü şair Mürvət Qədimoğluna, " Sosial Dövlət Naminə" İctimai Birliyin sədri Faiq Əhmədova, Şəhid Rafiq Allahverdiyevin əmisi oğlu Ələddin Xankişiyevə, şair - publisist Rauf İlyasoğluna, yazıçı- publisist " Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri Hüseyn İsaoğluna, şairə Şərqiyyə Süleymanliya, Nazlı Hacılıya, Şəhla xanım Lətifqızına, sairə Sara Göyçəliyə, şair Saday Qazaxlıya , sairə Püstə Sahibqızına, şairə Tubu xanım İmanovaya, şairə Sədaqət Şıxlıya, iş adamı Kamandar Əliyevə söz verildi. Şəhid Rafiq Allahverdiyevin keçdiyi döyüş yolundan, ona yazılmış şeirlərdən parçalar söylədilər.
Son söz olaraq, tədbirin sonunda kitabın müəllifi Zeynəb xanım tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi !
Hüseyn İsaoğlu (Məmmədov) Yazıçı - publisist,AYB-nin və AJB-nin üzvü.


Digər xəbərlər
22:05 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır
22:02 Alimlər: Beyin iltihabı ilə xroniki yorğunluq bir-biri ilə əlaqəlidir
21:58 WhatsApp may ayından bu "iPhone"larda işləməyəcək
21:55 Seçkilərlə bağlı "qaynar xətt"ə 35-ə yaxın müraciət daxil olub
21:53 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
19:49 Siyahı dərc olundu: Minlərlə azərbaycanlı və erməni bu ölkədən deportasiya olunur
19:39 Səsvermə başa çatdı - FOTO
19:26 ABŞ-də epidemiya: Ölənlər var