hemle

Xankəndidə Həzi Aslanovu öldütdürən Baqramyanın heykəli və sökülən digər heykəllərin siyahısı

Tarix:11-03-2024, 16:20
Baxış Sayı:0

Xankəndidə Həzi Aslanovu öldütdürən Baqramyanın heykəli və sökülən digər heykəllərin siyahısı

Ermənilər uydurduqları yalanlara özlərini inandırdıqdan sonra dünyanı da inandırmağa özlərinə məqsəd qoyublar.

Beləki, 1988-ci ildən sonra işğal etdikləri Qarabağın hər qarışına heykəllər, abidələr tikir, Qarabağın "qədim erməni torpağı" olduğunu isbatlamağa çalışıblar. Baxmayaraq ki, qədim Alban abidələrini erməniləşdirməklə yetinməyən bu köçəri hindistan qaraçıları Xankəndidə və Qarabağın digər ərazilərində özlərinin milli qəhrəmanlarının, ziyalılarının, müğənni və məşhurlarının heykəllərini ucaldıblar. Ötəndəfəki yazımızda Azərbaycan dövlətinin Qarabağ İqtisadi Rayonunda Azərbaycana dəxli olmayana 10 -dan çox büst və abidə ərazidən götürüldüyü haqqında məlumat yazmışdıq.

Milyonçu Alek Manukyanın, 31 mart soyqırımının baiskarı Stepan Şaumyanın, erməni pilot Nelson Stepanyanın, erməni ideoloqu , faşist Qaregin Njdenin, ermənilərin Qarabağda döyüşmüş " qəhrəmanları Vazgen Sarkisyanın, Monte Melkonyanın, Aşot Bekorun, Fransada yaşayıb yaradan, milyonçu müğənni Şarl Aznavurun heykəlləri işğal dövrünün layihələri olduğu və Azərbaycan dövlətinin icazəsi olmadan tikildiyi üçün tarixin zibil yeşiyinə atılıb. Erməni mediası nə qədər hay-küy salsa da konkret olaraq bununla bağlı heç bir ölkə bizim ölkəmizə nota, bəyanat və s. xəbərdarlıq etməyib

Xankəndidə yenidənqurma və abadlıq işləri genişləndikcə işğalın izləri də silinir. Adalet.az xəbər verir ki, əsl adı Hovannes olan, Şamaxıda dünyaya göz açan Sovet İttifaqı marşalı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Baqramyanın heykəli işğal illərində Xankəndidə "bitir" . Baqramyan xislətçə digər məşhur ermənilərdən heç nə ilə seçilmədiyini bilirsiniz yəqin ki....

Bu həmin Baqramyandır ki, adı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu məkrli şəkildə öldürülməsində hallanır. dünya mediası Azərbaycan oğlu general Həzi Aslanovun vaxtsız ölümündə Baqramyanın əli olduğunu iddia etdi. Mediamız da bu haqda yazdı:” 1943-cü ildə isə 1-ci Baltik cəbhəsinin komandirliyinə keçir və burada xidmət edən general-mayor Həzi Aslanovun da rəisi olduğu 35-ci tank briqadası ona tabe olur.Bir azərbaycanlının yüksəlməsi heç vaxt bir ermənini sevindirə bilməzdi. 1944-cü ildəki Belarus kampaniyalarında xüsusi uğur qazanan Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almağa namizəd göstərilir. Amma məhz 29 iyul günü Ovanes (Hovannes) Baqramyan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Belarus kampaniyasının əsas uğur meyarı olan Aslanov isə ikinci dəfə "Qırmızı Ulduz " medalı ilə təltif edilir. Aslanovun qəhrəmanlıq adını mənimsəmək istəyən Baqramyanın kini bununla da bitmir.
SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı onunla bağlı ciddi qərar verməyə tələsir.
Çünki general Aslanov artıq Baltik cəbhəsinin əsas hərbi lideri və söz sahibinə çevrilirdi.

Burada isə artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir: "Biz bu gün-sabah böyük hücum əməliyyatlarına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edəsən". "Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda almanlarla döyüşdə qəhrəmancasına həlak olur". Bu rəsmi açıqlama idi.

Həzinin dostu Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçməmiş H.Aslanov olan maşın altı lüləli minaatandan atəşə tutulur. H.Aslanov ağır yaralanır. Məsələ burasındadır ki, həmin minaatanı almanlardan bizim döyüşçülər qənimət kimi götürübmüşlər. O silah bizim öz ərazimizdə imiş, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur". Əsl erməni məkri...

Azərbaycan dövləti Qarabağda qanunsuz şəkildə Baqramyanın ucaldılmış heykəlini oradan götürüb. Əlavə olaraq oxucularımıza çatdırırıq ki, Xankəndinin mərkəzi küçələrində bir sıra heykəllər də var ki, onların da oradan götürülməsi vacib məsələ olub. Dirçəliş meydanının yaxınlığında yerləşən "erməni nənə" və elə həmin ərazidə digər "tarix və memarlıq abidəsi" meydandan götürülüb.

P.S. Bir sözlə, 30 ildir zibilxanaya çevrilmiş Qarabağ, xüsusilə Xankəndi, aramla, səliqə ilə zibillərdən təmizlənir. Həmişə təmizlikdə, gözümüz aydın olsun!

Əntiqə Rəşid

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...