hemle

Xankəndidəki "milli qəhrəman"ın heykəli söküldü: Ermənilər yasa batdı

Tarix:22-02-2024, 20:51
Baxış Sayı:6

Xankəndidəki  "milli qəhrəman"ın heykəli söküldü: Ermənilər yasa batdı

Ermənilərin 1994-cü ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş bir milyonçuları olub. Aleks adı ilə ABŞ-da, Alek adı ilə Ermənistanda çağırılıb.

Soyadı Manukyandır. Var -dövlətini, ömrünü, həyatını Ermənistanın çiçəklənməsinə həsr etmiş qatı millətçi, türk düşməni. ABŞ-da sahibkarlıqla məşğul olmaqla bərabər ixtisasca da texnoloq olub. O, Erməni Ümumi Xeyriyyə İttifaqının prezidenti olub və ermənilər üçün fəal xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. Alek 1901-ci ildə Tükrkiyədə doğulub , ibtidai və orta təhsilini yerli erməni məktəblərində alır. Amma 19 yaşı olanda ABŞ-n Miçiqan vilayətinə köçür . Deməli, fabrikdə çalışır və eyni zamanda böyüklər üçün axşam kurslarında erməni dili dərsləri keçir. Manukyan daha sonra şəhərdən şəhərə köçərək 1924-cü ildə Detroitdə məskunlaşır. Orada avtomobil hissələri fabrikində iş tapır və 1929-cu ildə öz şirkətini qurur. Bu, sonradan illik mənfəəti 3 milyard dollardan çox olan çoxmillətli "Masco Corporation"a çevrilir.

Manukyan ABŞ-də erməni təhsilinin yaradılmasına xüsusi diqqət yetirmi.dir. 1963-cü ildə Miçiqanda özəl məktəb açır. O, 1968-ci ildə erməni diasporunda və Ermənistan SSR-də proqramları dəstəkləmək üçün Aleks Manukyan Mədəniyyət Fondunu təsis edir. Bu gəlir 1996-cı ildə 95 yaşında ölür.

Təsəvvür edin, bu bəyənmədiyimiz erməni, mənsub olduğu xalqa o qədər xeyriyyəçilik işləri görür ki, 2006-cı ildə Aleks Manukyana (öləndən sonra)həsr olunmuş Ermənistanın poçt markası buraxılır.
İrəvanda bir küçə onun adını daşıyır. Keçmiş sarsaxlar - Qarabağ erməniləri də onun varidatından kifayət qədər istifadə etdikləri üçün gətirib Xankəndinin mərkəzi küçələrindən birində Alekin heykəlini ucaldırlar.
Və hazırda sosial şəbəkələrin erməni seqmenti və Ermənistan mediası haray çəkir ki,"Azərbaycan mədəni soyqırımının növbəti qurbanı xeyriyyəçi Alek Manukyanın heykəli olub".

Uzun sözün qısası, ermənilər 1988-ci ildən etibarən işğal etdikləri Xankəndidə heykəlini ucaltdıqları Alek Manukyanın heykəli də Stepan Şaumyanın, Nelson Stepanyanın, Qaregin Njdenin, Vazgen Sarkisyanın, Monte Melkonyanın, Aşot Bekorun heukəllərinin yanında dincəlir.
Bu axmaq toplumun həyasızlığı o həddə çatıbdır ki, başqasının torpağını zəbt ediblər, hələ bir utanmadan oraya bir heykəldə ucaldıblar. Torpağın sahibi də torpağını alıb və ordakı yad heykəli də uçurub. Axı, icazəsiz tikilib... İndi ay ermənilər sizcə, dünya Azərbaycana deyəcək ki, niyə Alikin heykəlin götürmüsən?Yox!Yaxşı, bu şivən nəyə lazım?

Əntiqə Rəşid

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...