hemle

Fransa 100 il əvvəl də Ermənistanı oyuna salmışdı

Tarix:6-03-2024, 18:41
Baxış Sayı:3

Fransa 100 il əvvəl də Ermənistanı oyuna salmışdı

Ankarada bu mövzuda keçirilən konfransdan qeydlər

Ankarada, Avrasiya Araşdırmaları Mərkəzində (AVİM) “Anadolunun işğalında Fransa və ermənilər” mövzusunda konfrans keçirilmişdir. Məruzəçi keçmiş səfir Numan Hazar tarixi keçmişdə və müasir dövrümüzdə Fransanın ermənilərlə bağlı apardıqları siyasətin bilinən və bilinməyən məqamlarına toxunmuşdur.

Natiq bildirmişdir ki, Birinci Dünya mü­haribəsindən sonra qalib gələn dövlətlər daha əvvəl aralarında bağladıqları gizli razılaşmalara görə, Osmanlı dövlətinin torpaqlarını öz aralarında paylaşmışdılar. Fransa Suriya və Livanla yanaşı, mü­haribədən sonra Anadoludakı Çukurova və bəzi cənub-şərq əyalətlərinə də göz dikilmişdi. Bu əraziləri işğal etmək üçün ermənilər əsas müttəfiq olaraq görülürdü və Fransa burada bir erməni dövləti qur­maq üçün işğalçılıq planlarını gerçəkləş­dirməyə çalışdı.
Müxtəlif adlarla ermənilərdən ibarət legionlar, hərbi hissələr yaradıldı, erməni əhali silahlandırıldı, bölgənin türk əha­lisinə qarşı qətliamlar gerçəkləşdirildi. Fransa Kilikiyada (Çuxurova) ermənilərə aid bir dövlətin inşası üçün əlindən gələn bütün tədbirləri görmüşdü. Yerli türk əha­li zorla öz yurdundan çıxarılmış, onların yerinə Yaxın Şərqdən erməniləri gətirib yerləşdirmişdilər.

Amma bir şeyi hesaba almamışdılar. O da türk xalqının sarsılmaz Vətən sevgi­si idi. Fransaya qarşı türk xalqının dirəni­şi Fransanın işğalçılıq siyasətini və bura­da bir erməni dövləti xəyalını alt-üst etdi

Konfransda keçmiş səfir Numan Ha­zar çıxışında Çukurova bölgəsi, xüsusən Adanada erməni silahlı qruplarının yerli xalqa etdiyi zülmdən, erməni və fransız­ların mülki əhaliyə yaşatdıqları faciələr­dən bəhs etmişdir. Adanada, Maraşda, Aralıq dənizi sahillərində türklərin dirəni­şinin və Fransanın və erməni planlarının alt- üst olmasında tarixi rolu olan Kuva­yi – Milliyə hərəkatının əhəmiyyətindən danışmışdır. O, Fransanın bölgəyə mü­daxilələrini və fransızların, onlarla birlik­də ermənilərin də bölgədən qaçdıqlarını dəyərləndirmişdir. N.Hazar, həmçinin Mustafa Kamal Paşanın başçılıq etdi­yi Qurtuluş Savaşı dönəmində burada baş verən olaylar və TBMM hökumətinin siyasi iradəsini faktlar və tarixi dəlillər əsasında konfrans iştirakçılarının diqqə­tinə çatdırmışdır. Sonra çoxsaylı suallara cavab vermişdir.
Numan Hazar Fransanın ermənilərlə bağlı tarixi keçmişdə və günümüzdə Er­mənistan Respublikası ilə münasibətləri­nin bəzi məqamlarına toxunmuşdur. Er­mənistan–Azərbaycan münasibətlərində Fransanın apardığı siyasətlə bağlı N.Ha­zar qəzetimizə belə açıqlama vermişdir:

“Fransa İrəvan ilə Bakı arasında qarşıdurmada açıq tərəf tutur. Cənubi Qafqazda 2020-ci ildən başlayaraq ya­ranan yeni geopolitik durumu görmək istəmir və Ermənistanla əlaqələrində belə Azərbaycana qarşı ideoloji, si­yasi və hərbi həmlələr etməyə çalışır. Fransanın bu yaxınlarda Ermənistan­la müdafiə nazirləri səviyyəsində hərbi əməkdaşlıq müqaviləsi bağlaması və bu ölkəni silahlandırması bölgədə sülh və sabitliyin qorunub saxlanmasına yardım etməyəcək. Fransa ermənilərin dostu deyil, onları daha ağır duruma salmaq üçün öz maraqlarını təmin etmək si­yasəti aparır”.

N.Hazar sonra demişdir:

–Ermənistanda bəziləri hesab edirlər ki, Fransa onlara dəstəkçisidir, amma an­lamırlar ki, bu ölkənin özünün maraqları vardır. Bu, imperialist maraqlardır və si­yasi situasiya dəyişsə, onlar Ermənistanı çətin duruma salacaqlar. Tarixi keçmişdə də belə olmuşdur. Birinci Dünya müha­ribəsindən sonra Fransa erməniləri şir­nikləndirdi, onlara dövlət quracağını vəd etdi və durum dəyişincə onları atıb getdi. İndi Fransanı bu mövqeyinə görə suç­layan erməni tarixçilər, siyasət adamları var. Sanki tarix təkrar olunur. Fransanın apardığı siyasət bölgədə sabitlik və sülh üçün təhlükələrə yol aça bilər. Bunu Er­mənistanda anlamalıdırlar.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...