hemle

Ermənilər Fransada Azərbaycan səfirliyinin binasına qırmızı boya ATIB

Tarix:3-10-2022, 20:06
Baxış Sayı:160

Son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin XİN-ə çağırılması ilə bağlı məlumatında qeyd edilib. Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.

Digər xəbərlər
11:08 “Uçan taksi”nin sürücüsünə yeni maşın hədiyyə ediləcək
10:45 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
10:43 Bu səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində kömək edə bilər
10:38 "B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?
10:35 Kamçatka vulkanında "qaynayan qazan" tapıldı
10:32 Bu gün hava necə olacaq? - PROQNOZ
10:30 "YouTube"un "Shorts" videoları ilə bağlı XƏBƏRDARLIQ - Fəlakətdir...
10:28 Tramp ABŞ-ın rüsumlardan əldə etdiyi gəlirləri AÇIQLADI