hemle

İsrailin Bakıdakı səfirliyində təhlükəsizliklə bağlı təlim KEÇİRİLDİ - FOTO

Tarix:28-02-2024, 11:34
Baxış Sayı:5

İsrailin Bakıdakı səfirliyində təhlükəsizliklə bağlı təlim KEÇİRİLDİ - FOTO

Fevralın 18-də İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.

Təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.

İsrail Dövlətinin səfiri Corc Dik səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına təşəkkür edib.

"Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”, - o deyib.

Digər xəbərlər
21:28 Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib
21:26 İran və ABŞ razılığa gəldilər - Yaxın vaxtlarda...
21:23 Roma Papasından dünya liderlərinə ÇAĞIRIŞ
21:20 Beyin qanamaları genetik də ola bilir - Neyrocərrahdan açıqlama
21:18 Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
21:14 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?
21:12 Bu ölkədə “Telegram” “düşmən aləti” adlandırıldı
14:38 Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı