hemle

Bu il qəbul yerlərinin 60 minə çatdırılacağı gözlənilir

Tarix:22-02-2024, 17:58
Baxış Sayı:0

Bu il qəbul yerlərinin 60 minə çatdırılacağı gözlənilir


Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlayacağı gözlənilir. Hər iki universitetə tezliklə qəbul elan ediləcəyi gözlənilir.

Yenixeber.org: Mediada universitetlərin strateji önəmindən geniş bəhs edilib. Ancaq bununla yanaşı qeyd edək ki, Azərbaycanın təhsil sisteminə 2 yeni universitet daxil olur. Bu, ölkəmizin təhsil sistemi yeni imkanlar vəd edir.

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb. Təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Türkiyə-Azərbaycan Universiteti isə Bakı şəhərində yerləşəcək. Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

Universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və texnologiya (bilişim) sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.

Ali təhsil müəssisəsində tədris dili türk və ingilis dili olacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər.

Bəs iki universitet Azərbaycan təhsilinə nə qatacaq?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi hazırda həm Qarabağ Universitetinin, həm Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti istiqamətində işlər aparılır:

“Bu ildən Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hər iki universitetə qəbul həyata keçiriləcək. Türkiyə-Azərbaycan Universitetində texnoloji ixtisaslar yer alacaq. Bu istiqamətdə qəbul nəzərdə tutulur. Qarabağ Universitetində isə fərqli ixtisas qrupları üzrə qəbulun həyata keçirilməsi planlaşdırılır. Qarabağ Universitetinə təxminən 1000 tələbənin qəbulu nəzərdə tutulur. Türkiyə-Azərbaycan Universitetinə isə dəqiq say bəlli deyil. Ancaq ümumi bu il üçün plan yerlərinin 60 minə çatdırılacağı gözlənilir. Təxminə 60 minə yaxın plan yeri olacaq. Bu təbii ki, bəzi istiqamətlərdə ixtisaslar üzrə formalaşan keçid ballarına təsir edəcək. Buraya əsasən kənd təsərrüfatı yönümlü ixtisaslar, turizm, sosial istiqamətli ixtisaslar daxildir. Bunlarda keçid ballarında bir o qədər dəyişiklik gözlənilimir, keçid balları aşağı olaraq qalacaq”.

Təhsil eksperti hesab edir ki, prestijli, plan yeri az olan ixtisasların ballarda enmə bu il üçün plan yerini nəzərə alsaq, gözlənilmir:

“Əlbəttə biz istəyərdik ki, bu universitetlərdə daha ixtisaslı kadrlar olsun. Təhsilverən daha yüksək səviyyəli müəllim-professor heyəti olsun.

Tələbələrə veriləcək təhsilin keyfiyyəti yüksək olmalıdır. Bunun belə olacağı gözlənilir. Bu baxımdan düşünürəm ki, rəqabət mühiti formalaşacaq. Məhz yeni yaranan hər iki universitet tam rəqabətə qoşulacaq. Bu təhsilin keyfiyyətinə müəyyən qədər də olsa təsir edəcək”.(Modern)

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ