hemle

Azərbaycan millisinin baş məşqçisi: “Ümumi çıxışımızı 4 balla qiymətləndirirəm”

Tarix:20-02-2024, 12:45
Baxış Sayı:2


“Komandanın ümumi çıxışını 4 balla qiymətləndirirəm”.

Bunu açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatındakı çıxışa münasibət bildirərkən deyib.

40 yaşlı mütəxəssis 1 gümüş, 6 bürünc medal qazanan komandanın daha yaxşı nəticə əldə etmək iqtidarında olduğunu bildirib: “Hər çəki dərəcəsində medal qazana bilərdik. Bunun üçün böyük şans da var idi. Təəssüf ki, alınmadı. Bütün güləşçilərimiz fəxri kürsüdə yer alsaydılar, əla nəticə olardı. Gənc güləşçilərimizin ilk “üçlük”də qərarlaşmaları sevindirici haldır. Onlar digər gənclər üçün nümunədirlər. Yalnız qızıl medalın olmamasına görə təəssüflənirəm. Maqomedxan Maqomedova ümid edirdik. Amma finalda uduzaraq gümüş medalla kifayətləndi. İnşallah, növbəti dəfə daha da yaxşı nəticələr qazanarıq”.

O, rusiyalı idmançıların qitə birinciliyinə qatılmalarının digər komandaların işlərini çətinləşdirdiyini düşünür: “Yarış çox çətin keçdi. Olimpiada öncəsi olduğundan, güclü güləşçilər qatılmışdılar. Rusiyalı güləşçilərin çoxu hazırda başqa ölkələrin adından çıxış edirlər. Bu isə rəqabətin daha da artması deməkdir. Amma qurddan qorxan meşəyə getməz. İstənilən rəqibə qarşı maksimum güclə hazırlaşacağıq. Planlaşdırdığımız lisenziyaları qazanmağa çalışacağıq”.

Xetaq Qazyumov qarşıdakı planlar barədə də danışıb: “İki təlim-məşq toplanışı nəzərdə tutulub. Eyni zamanda, Yaşar Doğunun xatirə turnirində iştirak edəcəyik. Bu yarışda gəncləri sınaqdan keçirəcəyik. Əsas heyət isə Bakıda reallaşacaq lisensiya xarakterli turnirə hazırlaşacaq”.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat