hemle

NYU-YORKDA 5293 ŞÜBHƏLİ ÖLÜM QEYDƏ ALINDI – ŞOK

Tarix:12-05-2020, 09:58
Baxış Sayı:398

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirusun ən çox ziyan vurduğu Nyu-Yorkda 5 mindən çox insanın ölüm səbəbinin qeydlərdə müəyyən edilmədiyi üzə çıxıb.

ONN media xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən 11 mart-2 may tarixləri arasında Nyu-Yorkda ölənlərin sayını araşdırıb.

Tədqiqat zamanı bu tarixlər arasındakı 24172 ölümdən 18879-nun COVID-19-la birbaşa və ya dolayı yolla əlaqəli olduğu müəyyən edilib.

Məruzədə bildirilir ki 5.293 ölümün virusla əlaqəli olub-olmadığı bilinmir: “Bu əlavə ölümlərin COVID-19-la birbaşa və ya dolayı əlaqəsi olub-olmadığı bilinmir və əlavə araşdırma tələb olunur.”(publika.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq