hemle

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib - YENİLƏNİB

Tarix:19-02-2024, 12:20
Baxış Sayı:2

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında “Neftçi” “Zirə”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qlələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.

Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Qartallar” 32 xalla dördüncüdür.

Qeyd edək ki, günün ilk matçında “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edib. Ötən gün “Sabah” “Kəpəz”i məğlub edib - 3:2. “Səbail” - “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşməyib - 2:2. Turun “Qəbələ” - “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.


17:29

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Günün ilk matçında “Sumqayıt” “Tovuz Turan”ı qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

“Gənclik şəhəri” təmsilçisi hazırda 36 xalla ikinci, Tovuz klubu 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Ötən gün “Sabah” “Kəpəz”i məğlub edib - 3:2. “Səbail” - “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, turun “Qəbələ” - “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
09:21

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

İlk olaraq “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək.

Qarşılaşma saat 15:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 2-3-cü yerləri bölüşdürürlər.

18 fevral (bazar)

15:30. “Sumqayıt” - “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18:00. “Neftçi” - “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”.

Qeyd edək ki, turun “Qəbələ” - “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır