hemle

Nizaminin duaları - Sərvaz HÜSEYNOĞLU

Tarix:16-02-2024, 12:40
Baxış Sayı:0




Sərvaz HÜSEYNOĞLU

Ən qüssəli, sıxıntılı, iztirab dolu anlarımızın könül ortağıdı Şeyx Nizaminin "Sənsiz"i... Uzaq səfərlər, yalqız, tənha gecələr boyunca ismi pühanımızla "Sənsiz"in dilincə anlaşmışıq:
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz.
Sədaqətimizi, əhdə vəfadarlığımızı "Sənsiz"in unudulmaz beytlərilə anlatmışıq: "Sənin o cəlb eləyən hüsnünə and olsun, inan" - deyə. Aşiqliyimizin ölçü meyarı dönüb-dönüb "Sənsiz"dən keçib. Gerçək durumumuzu "Sənsiz"lə şəkilləndirmişik: "Sən mənim qəlbimə hakim, sənə qul oldu könül. Sən ucasan, mən ucuz, bir heçəm, afət, sənsiz!" - etirafımızla.
Ərkimiz çatana olan umacaqlarımızı Şeyx Nizaminin dilindən bəyan etmişik:
Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.
"Yenə tövbə evimi eşq xərab etmədədi" əndişəmizin, "Aşiqəm, yar məni öldürsə, savab etmədədir" mərdanələyimizin, "Gözüm aydın, gözümə surəti canan görünür" şükranlığımızın əsintiləri Şeyx Nizamidən gəlir.
Qəlbimizdədir. Yadımızdadır. Sevgimizdədir. Yaşamımızdadır!
Ən dərin quyu olan kindən, kibrdən xilas yolunu nişan verən ilk poeziya dahisi odur! "Dövlətin xəzinəsi ədalətdir", "Qaranlığı günahlandırmaqdansa bir şam yandır" - deyən Konfutsi, "Ədalət xoşbəxtlik qapısının açarıdır" söyləyən Platon, "Məhəbbət ölməzlik cəhdidir" bəyanı edən Sokrat bizim gəncəli dahidə bir araya gəlirlər. Yorğun nəfəslərini Nizamidə dərir, Nizamidə tamamlanırlar. Nizami bu böyük düha silsiləsinin başını bağlayan zirvə kimidir. Ondan sonra gələnlər olsa-olsa, bu zirvənin yamacına baş qoyanlardır...
Sonra Aligeri Dante, "İnsan hər şeyin meyarıdır" şüarı ilə meydana çıxan İntibah cəngavərləri Rable, Erazm gələcəkdi. Sonra maarifçi realizmin baniləri D.Didro, Russo, Volter, Lessinq, Höte, Balzak, Hüqo, Dikkens, Tolstoy... Ancaq toplum olaraq bu böyük sənətkarların hər biri "bütün zamanların və xalqların şairi" olan Nizami ilə müqayisədə, dahi Hötenin dediyi kimi, "heç kim olaraq" qalacaqdılar. Çünki Nizaminin insanlığa, insanlıq meyarı olan mərhəmət hissinə bəslədiyi münasibəti Həzrəti Peyğəmbərimizin "Yerdəkilərə mərhəmət edin ki, göydəki mərhəmət etsin... Allahın qatında insandan üstün heç bir varlıq yoxdur" düşüncəsindən, yaşamından gəlirdi. Əxz etdiyi həqiqət bu idi. Dünyaya gözəl əxlaqı tamamlamaq üçün gələn Həzrəti Məhəmmədin əbədiyə hesablanmış düşüncələrinhdən barınmışdı. Bütün yazdıqları, qələmə aldıqları, əslində, etdiyi duadan bir xətt idi ki, "üstündə möhrünü qoysun Məhəmməd...".

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar