hemle

GƏNC YAZAR

Tarix:21-08-2023, 15:23
Baxış Sayı:344

Gənc yazar Ülviyyə Əbülfəzqızı Neftçala rayonu Şorkənd kəndində anadan olub.Sonralar ailəsi ilə Salyan şəhərinə köçən Ülviyyə Əbülfəzqızı Salyan şəhər 4 nömrəli tam orta məktəbin məzunu olub və Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb İlk şeri 7 yası olanda "Qələbə"qəzetində nəşr olunub.Kuçik hekayələri,esseləri,məqalələri dövrü mətbuatda dərc olunub."RUHUMUN NƏĞMƏSİ" və "SİRLİ GÜZGÜ" kitablarının müəllifidir.Hazırda Bakı şəhərində pedaqoji fəaliyyət göstərən Ülviyyə Əbülfəzqızına yaradıcılıq ugurları diləyirik.
Uğur yolu

Şəhla Hüseynova

Səninlə ömrümü bölməyə dəyər.

Eşitdim bəxtinə məclis qurmusan,
Özünün özünə öz gözün dəyər.
Mənə oxşayanla qoşa durmusan,
Kövrəlmiş qəlbinə öz sözün dəyər.

Uydurma xəyala hey toxunmusan,
Ruhumun ruhuna küləyi dəyər,
Mənalı kitabsan, sən oxunmusan
Birdə oxuyaram, köməyi dəyər.

Diqqətli olaram hər misrasında,
Təkrar oxuyaram mənaya dəyər.
Yerini taparam dərd sırasında,
Sənsiz bir saatım bir aya dəyər.

Nə edim getməyə səndin həvəsli,
Bəlkə, söyləyəsən getməyə dəyər?
Qəzəbə dost oldun qısqanc nəfəsli,
Özünü azdırıb itməyə dəyər?

Gəlişin gətirməz heyrəti mənə,
İndi göz yaşını tökməyə dəyər?
Bilirdim gələrsən, demişdim sənə,
Qarşımda boynunu bükməyə dəyər?

Qollarım açıqdır sənə sarıla,
Bircə baxışına ölməyə dəyər,
Razıyam sol tərəf yenə yarıla,
Səninlə ömrümü bölməyə dəyər.

Ülviyyə Əbülfəzqızı

İkimiz də xəyalıq
Mənsizlik toxumunu əkdinmi qəlbinə?
Göz yaşlarınla cücərtdinmi heç?
Hər nəfəs alanda ağır gəldimi sənə?
Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!
Əlin çatmır qəlbinin dərinliyinə,
Çıxart məni o məzardan qurtul darlıqdan.
Özündən izn almadan uzaq oldunmu özünə?
Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi?
Onun nəfəsindən ciyərin daddımı?!
Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?!
Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi?
Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?
Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!
Mənsizlik toxumu tez cücərib göz yaşlarından Tikanlı məftil kimi sarılıb vücuduna..
Bu tikanlı məftili qırmağa çalışdınmı?
Görmək üçün göz lazım deyil, bəyan etdinmi?
Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə.
Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,
Mən adlı kitabın üz qabığısan.
Qəlbimdə gizlənib sözümdə varsan.
Sənin varlığında varlığım yatıb,
Gizli hərflərlə yazılmısan sən.
Sirli hərfləri anlayan tapar.
Ruha divar olmaz qazılmış məzar,
Mən də xəyalam, sən də xəyalsan.
Xəyallar içində yoxa çıxmışıq!

Ülviyyə Əbülfəzqızı

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar