hemle

"Çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün"

Tarix:14-11-2018, 12:58
Baxış Sayı:644

Milli Məclisdə çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilib.

Atəsh.az xəbər verir ki, bu təklifi Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib.

Deputat deyib ki, Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil, lakin çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olar:

“Verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Mən təhsil sahəsinə ayrılan vəsaitin artırılmasını da vacib sayıram. Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ