hemle

Vardanyan niyə həbsxana fotolarında yox idi...

Tarix:22-01-2024, 19:23
Baxış Sayı:65

Bir neçə gün əvvəl Bakıda həbsdə olan erməni separatçıların fotoları sosial şəbəkələrdə paylaşılıb. Onlar həbsxanada televizora baxır, kitab oxuyurlar. Fotolardan onların yaradılan şəraitdən məmnun olduqları görünür.

Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyanın fotoları yayılsa da, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan paylaşımlarda gözə dəyməyib.

Vardanyan niyə həbsxana fotolarında yox idi...

Bəs Vardanyandan yeni nə xəbər var?

Modern.az məsələ ilə əlaqədar İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında komitə sədri bildirib ki, Vardanyanla şəxsən görüşüb və onun saxlanılma şəraiti yaxşıdır:

“Ruben Vardanyan hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasındadır. Mən onunla şəxsən görüşmüşəm. Mən axırıncı dəfə istintaq təcridxanasında saxlanılan separatçılarla görüşəndə onlardan heç biri saxlanılma şəraitlərindən narazılıq bildirməmişdi. Vardanyan başda olmaqla, Arayik Arutyunyan və digərləri öz saxlanılma şəraitlərindən şikayət etməmişdilər”.

Xatırladaq ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O saxlanılaraq məsuliyyətə cəlb olunub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir