hemle

Milyarder Vardanyan Qarabağ separatçılarının başına gətirilir - KİV

Tarix:23-09-2022, 14:50
Baxış Sayı:152

Rusiyadan Qarabağa köçən erməni iş adamı Ruben Vardanyan son günlər siyasi dairələrlə fəal görüşlər keçirir.

hemlemedia.az modern.az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda R.Vardanyanın bu görüşlər vasitəsilə özünü qondarma “dqr”in “dövlət naziri” və ya “baş naziri” təyin etdirmək üçün zəmin hazırladığı, Qarabağ separatçıları üçün məqbul fiqur olduğunu göstərdiyi bildirilir.

Ruben Vardanyan dünən qondarma “dqr”in “təhlükəsizlik naziri” Vitali Balasanyanla, daha əvvəl isə Qarabağ separatçılarının eks-başçıları Bako Saakyan və Arkadi Qukasyanla görüşüb.

Ermənistan mətbuatında yayılan məlumatlarda Ruben Vardanyanın yaxın vaxtlarda başqa görüşlər də keçirəcəyi qeyd edilir.

Məlumatlara görə, çox güman ki, Vardanyan gələn həftə təyinat alacaq. Onun əvvəlcə Qarabağ separatçılarının “prezidenti”nin “baş müşaviri”, sonra isə “dövlət naziri” təyin olunacağını istisna etmirlər.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı