hemle

“İndiyədək bundan əziyyət çəkirik”

Tarix:22-12-2023, 10:10
Baxış Sayı:94

Dünyaşöhrətli müğənni Cennifer Lopez “Variety” nəşrinə müsahibə verib.

Sənətçi etirafı ilə diqqət çəkib.

Lopezin sözlərinə görə, o və əri Ben Afflek 2000-ci illərdəki uğursuz sevgi romanından sonra hələ də travmasonrası stres pozuntusundan əziyyət çəkirlər. Onların münasibət qurmaq üçün ilk cəhdləri nişanın pozulması ilə başa çatmışdı və Lopezin sözlərinə görə, bu, ictimaiyyətin cütlüyünə həddindən artıq diqqət yetirməsi səbəbindən baş vermişdi.

O qeyd edib ki, travmasonrası stres pozuntusu indiyədək onların münasibətlərinə təsir edir: “Lakin indi böyümüşük. Biz daha müdrikik”.

Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa ediblər, 2022-ci ildə isə nəhayət evləniblər.

“İndiyədək bundan əziyyət çəkirik”

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər