Türkiyəli aktrisa və müğənni Öykü Gürmanla sevgilisi Fatih İçmelinin bu gün toyudur.
Aktrisa 6 ildir eşq yaşadığı sevgilisi ilə Bakıdakı Türkiyə səfirliyində nikah masasına əyləşib. Sənətçi nikah zamanı göz yaşlarını saxlaya bilməyib.
Cütlüyün özəl günündən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi edib. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanıblar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb. Sonuncu dəfə isə cütlük sentyabrda toy etməyi planlaşdırıb. Aktrisanın evinin olduğu Çanakkale şəhərində yanğın çıxdığı üçün bu dəfə də məclis təxirə salınıb.