hemle

Zəfərimizlə bağlı təhsil ocaqlarında tədbir keçirildi.

Tarix:11-11-2023, 22:33
Baxış Sayı:742

Zəfərimizi həm sevinclə, həm də kədərlə qeyd etdik. Ay ulduzlu bayrağım, torpağım sənin uğrunda cox canlar qurban getdi.
Bayraqarı bayraq edən, üstündəki kandı.
Bayraq uğrunda ölən varsa, Vatandır
–demişdir anadolu türk şairi.
Zəfər günü ilə bağlı həm orta məktəbdə, həm də ali məktəbdə ərsəyə gətirdiyim “Ordum varsa, yurdum var” filmim nümayiş olundu. Filim çox maraqla qarşılandı. Çünki filimdə Şuşanı necə çətinliklərdən keçərək alan qazilərimiz Həsənov Cavid və Həsənov Şirzad kimi qəhrəman oğullarımız danışırdı.
Filim Azərbaycan Respublikasinin QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə erməni təcavüzünün tanıdılması İB-nin layihəsi çərçiyəsində çəkilmişdir. Bu Birliyin uzun illərdir sədriyəm. Birliyimiz bir çox filimlərə, Qarabağ həqiqətlərinin dünyada yayılması ilə bağlı tədbirlərə imza atıb.
Azərbaycan Univeristetində və Bakıdakı 70 saylı tam orta məktəbdə nümayiş olunan filim Zəfər günümüzə bir töhfə oldu. Azərbaycan Univeristetində, həm də Bakı şəhəri Nizami rayonundakı 70 saylı tam orta məktəbdə baş tutan tədbirimiz dövlət himnimizlə başladı. Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Sonra isə tədbir iştirakçıları “Ordum varsa yurdum var” adlı sənədli filmi izlədilər. Çıxışçılar Zəfərimizdən qürür hissi keçirdiklərini ordumuzun qüdrətindən danışdılar. İllərlə Qarabağın həsrətində olmuşduq. Gənclərimizə bu 30 ildə təbliğatımızla torpaqlarımızı düşmən tapdağından azad etməyi aşıladıq. Torpaqlarımız azad oldu. Düzdü bu torpaq uğrunda qurban gedən şəhidlərimiz qəlbimizi göynətsədə, təsəllimiz odur ki, artıq bütöv bir Azərbaycanımız var. Artıq Xankəndində, Xocalıda, Şuşada Azərbaycan bayrağı dalğalanır –söylədilər. Tədbirin sonunda hər iki təhsil ocağında xatirə şəkili çəkdirdik.
Zəfərimiz əbədi olsun! Bayrağımız heç vaxt enməsin!





















Digər xəbərlər
10:09 Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
10:05 Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu
10:02 “Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı
09:59 Məhərrəm ayının başlamasına az qalıb: toylar artdı, qızıl bahalaşdı
09:57 "Bu sülh şansını əldən vermək olmaz” - Ərdoğan
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir