hemle

Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi

Tarix:Bu gün, 10:09
Baxış Sayı:502

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.

2003-cü ildə görkəmli Türkiyə bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.

Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.

Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə "Əməkdar incəsənət xadimi", 2018-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Digər xəbərlər
12:14 Agentlikdən "Son zəng"də şagirdlərin geyim forması ilə bağlı xəbərdarlıq
12:10 Qızıl satanlar cərimə oluna bilər
12:07 ​“WhatsApp”a yeni düymə əlavə edildi
12:05 Enerji içkilərindəki böyük təhlükə - Diqqətli olun
12:02 Ukraynada avtobus PUA ilə vuruldu - Ölənlər və yaralananlar var
10:09 Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
10:05 Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu
10:02 “Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı