hemle

İnanmırsızsa, Putinin Qarabağ haqda dediyinə baxın!

Tarix:5-10-2023, 13:20
Baxış Sayı:70

Ümumilikdə Qarabağla əlaqədar heç bir dəyişiklik baş verməyib. İstintaq komissiyasında on saatlıq çıxış etdim ki, Qarabağın heç vaxt, heç kim tərəfindən, hətta Ermənistanda da müstəqilliyi tanınmayıb. Qarabağ yalnız Azərbaycanın ərazisi kimi tanınıb.

Bunu oktyabrın 4-də Ermənistan parlamentində çıxışı zamanı Nikol Paşinyan deyib.

“Mənə inanmırsınızsa, gəlin Rusiya Prezidenti Putinin Ermənistanın onilliklər ərzində ”dqr”i tanımaması ilə bağlı bəyanatına baxaq. Bəli, biz Qarabağı öz hakimiyyətimiz dövründə tanımadıq, bəs siz niyə tanımamışdınız? Əgər deyirsinizsə ki, belə bir qərar var idi və indiki hakimiyyət bunu tanımadı və buna görə bizi qınayırsınızsa, o zaman həmin Rusiya prezidenti bu qərarın onilliklər ərzində həm Köçəryanın, həm də Sərkisyanın dövründə mövcud olduğunu bildirib. Əgər bu qərar belə yaxşı idisə, niyə razılaşmadınız? Məhz bu qərarla razılaşma olmadığı üçün müharibə baş verdi. Həm 2016, həm də 2020-ci ildə. Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü barədə Praqa sazişi və Almatı Bəyannaməsi var”, - o bildirib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir