hemle

“Həbs olunan icra başçılarının hakim YAP üzvü olması bizi məyus edir” – Əli Əhmədov

Tarix:7-05-2020, 16:18
Baxış Sayı:458

AP sədrinin müavini-İcra katibi Əli Əhmədov həbs olunan icra başçılarının Yeni Azərbaycan Partiyasından xaric olunacağı ilə bağlı məsələyə münasibət bildirib.

Turkustan.info xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin qərarından sonra bu barədə qərar veriləcək:

“Belə hadisənin baş verməsi bizi kədərləndirir. Əgər məmur ona göstərilən etimadı doğrultmursa, vəzifəsini layiqincə yerinə yetirə bilmirsə onların haqqında qanunla ölçü götürülməsi doğrudur. Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü olması bizi məyus edir. Bundan çox bizi məyus edən onların prezident İlham Əliyevin etimadını doğrulda bilməməsidir. Bunların əvəzində onlar xoşagəlməyən, cinayətə gətirən hallara yol veriblər. Yeni Azərbaycan Partiyası çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”. /Unikal.org/

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir